Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb

Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb
# 13 mart 2015 10:58 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Gəncə şəhər sakini Zərdab rayonunda saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan Gəncə şəhər sakini Əli Əliyevin üzərinə baxış keçirərkən ondan 0.5 kiloqrama qədər narkotik maddə olan marixuana götürülüb.

Saxlanılan şəxs Gəncədəki evlərində marixuanadan bir qədər istifadə etdiyini deyib. Səhəri gün içki qəbul etdikdən sonra Zərdab rayonunda olan əsgər yoldaşının yanına gəldiyini deyən Ə. Əliyev özü ilə marixuana da gətirdiyini bildirib.

Ə.Əliyev özünü şübhəli apardığına görə, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman Ə. Əliyev kəskin ağrıları olduğu üçün marixuanadan ağrıkəsici kimi istifadə etdiyi deyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR