Həştərxan vilayətinin nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub

Həştərxan vilayətinin nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub
# 26 may 2015 17:35 (UTC +04:00)

Bakı-APA. Mayın 26-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan və Rusiya arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışan Şahin Mustafayev kənd təsərrüfatı, turizm, emal və s. sahələrdə, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanları qeyd edərək, əməkdaşlıq üçün potensialı diqqətə çatdırıb.

Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelov Azərbaycandakı davamlı inkişafı vurğulayıb, Həştərxan iqtisadiyyatına dair məlumat verib. Konstantin Markelov Həştərxanın kənd təsərrüfatı məhsullarının emalı və istixana komplekslərinin yaradılması sahələrində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib

Görüşdə iqtisadi sahədə Azərbaycan-Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR