Üçtərəfli Əlaqə Qrupu ilə Şərqi Ukraynadakı separatçıların liderləri arasında video konfrans baş tutmayıb

Üçtərəfli Əlaqə Qrupu ilə Şərqi Ukraynadakı separatçıların liderləri arasında video konfrans baş tutmayıb
# 16 iyul 2014 10:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA Şərqi Ukraynada atəşkəsin bərpasına yardım məqsədilə Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət Üçtərəfli Əlaqə Qrupu ilə Şərqi Ukraynadakı separatçılar arasında iyulun 15-ə planlaşdırılmış video konfrans baş tutmayıb.

APA-nın məlumatına görə, bu barədə Əlaqə Qrupunun ATƏT-in rəsmi internet səhifəsində yayılan bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, iyunun 27-də etibarən aparılan müzakirələrdə hər hansı irəliləyişin olmaması ciddi narahatlıq doğurur.

Əlaqə Qrupu hesab edir ki, bu, separatçıların qarşılıqlı razılaşdırılmış atəşkəsin əldə olunmasını istəmədiklərini və danışıqlara hazır olmadıqlarını göstərir.

Əlaqə Qrupu gecikmədən yenidən müzakirələrə qoşulmaq üçün separatçılara müraciət edib.

Bəyanatda atəşkəsin davamlı olması üçün hərtərəfli dialoqun başlanması, bütün girovların azad olunması, sərhəddə davamlı monitorinqlərin keçirilməsi kimi prinsiplərin vacibliyi də vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR