Azərbaycan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələrinin intensiv təlimləri keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələrinin intensiv təlimləri keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 avqust 2014 13:48 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrin sərəncamında olan mövcud silahlarla yanaşı tank əleyhinə idarə olunan raket komplekslərindən döyüş atışları hazırlığı üzrə taktiki məşqlər aparılır.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsas diqqətin tank əleyhinə bölmələrin şəxsi heyətinin döyüş hazırlığı, qarşılıqlı fəaliyyəti, mənəvi-psixoloji vəziyyəti, zirehli texnikaya qarşı mübarizə üsullarının aparılması məsələlərinə yönəldilməsini tələb edib.

Təlimlərə cəlb olunan şəxsi heyətin nəzəri, praktiki və psixoloji hazırlığı yoxlanılır, düşmənin zirehli texnikasının zəif yerləri, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşıya qoyulan vəzifələrin icra olunması səviyyəsi öyrənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR