Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Oktyabr - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 17:03 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İŞİD əleyhinə beynəlxalq koalisiyaya qoşulması mövzusunda bir müddətdir Vaşinqtonla Ankara arasında gedən danışıqlarda ilkin razılıq əldə edilib. Bu razılığa əsasən Bəşər Əsəd rejiminin radikal islamçı olmayan mötədil əleyhdarlarına Türkiyədə hərbi təlim veriləcək. Türkiyə və ABŞ zabitləri tərəfindən NATO standartları səviyyəsində təlim keçiləcək bu qüvvələr sonradan Əsəd rejimini devirmək və Suriyada Qərbyönlü, eyni zamanda Türkiyəyə yaxın olacaq yeni hökumət qurmaq üçün Suriya ərazisinə göndəriləcək.

Məlum olduğu kimi, Ankara İŞİD əleyhinə koalisiyaya yalnız bir şərtlə qoşulacağını bildirirdi. Bu şərt ondan ibarət idi ki, təkcə “İŞİD”ə qarşı mübarizə ilə kifayətlənmək olmaz və İŞİD-lə bərabər Bəşər Əsəd rejimi də hədəfə alınmalıdır. Vaşinqton Ankaranın irəli sürdüyü bütün şərtləri qəbul etməsə də, əldə olunan razılıq iki tərəfin ortaq məxrəcə gələ biləcəyini göstərir. Türkiyənin ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı mübarizədə konkret hansı addımları atacağını isə yaxın gələcəkdə görəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR