Səfir: “Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir”

Səfir: “Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir”
# 01 iyun 2016 07:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir”.

APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Karol Krofts videomüraciətində deyib. O, iki ölkə arasındakı münasibətlərin 25 ili əhatə etdiyini bildirib: "Bu müddətdə bir çox nailiyyət əldə etmişik. Bizi bağlayan əlaqələrimiz möhkəmdir və inkişaf edir. Mən davamlı inkişaf və qarşılıqlı faydalı münasibətlərin olmasına önəm verirəm. Məndən əvvəlki səfirlərin uğurlarına söykənərək Azərbaycan xalqı ilə birlikdə hər iki ölkə üçün çiçəklənən, stabil və təhlükəsiz gələcək yolunda işləməyimizi səbirsizliklə gözləyirəm".


Xatırladaq ki, o müraciəti Azərbaycan dilində edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR