2018-ci il aprelin 1-ə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 664,978 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,14% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin ilk rübündə bankın kredit portfeli 246,123 mln. manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28,62% artım deməkdir.
Hesabat dövründə bankın öhdəliklərinin həcmi 27,50% artaraq 578,195 mln. manat təşkil edib.
Bankın nizamnamə kapitalı 2,08 dəfə artaraq 101,300. manat, məcmu kapital isə 69,38% artaraq 105,265 mln. manat təşkil edib.
“Rabitəbank” cari ilin ilk 3 ayını 102 min manatlıq xalis mənfəətlə başa vurub.