Əfqanıstan prezidenti Pakistan hökumətini tənqid edib

Əfqanıstan prezidenti Pakistan hökumətini tənqid edib
# 10 avqust 2015 14:25 (UTC +04:00)

Bakı - APA. Əfqanıstan prezidenti Əşrəf Qəni Kabildə baş vermiş silsilə terror aktlarından sonra Pakistan hökumətinin ünvanına sərt ifadələr işlədib.


APA-nın Əfqanıstanın "Pajvak" agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Qəni Pakistan ərazisinin hələ də terrorçular üçün sığınacaq olduğunu bəyan edib.

"Muzdlular bizə müharibə mesajlarını məhz Pakistandan göndərirlər. Əgər Pakistan talibləri masa arxasına məcbur edə bilmirsə, heç olmasa onların mərkəzlərini bağlaya və özlərini mühakimə edə bilər", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR