Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda  bıçaqlanma hadisəsi baş verib
# 02 iyul 2016 23:51 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda 26 yaşlı gənc bıçaqlanıb.

APA-nın mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi saat 1.10 radələrində baş verib. Şirvan sakini, Naxçıvan küçəsi 93a ünvanında yaşayan 1990-cı il təvəllüdlü Nərimanov İntizam Əli oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə cərrahiyə şöbəsinə yerləşdirlib və yaralının əməliyyat olunması gözlənilir. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi aydınlaşdırılır.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR