Bakı. Fuad Cəfərov – APA. Tovuz rayon sakinindən külli miqdarda narkotik aşkarlanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini Cavad Hacıyevdən 550 qram, evinə baxış zamanı isə əlavə 510 qram marixuana aşkarlanaraq götürülüb.