Ümumdünya Böyrək Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

Ümumdünya Böyrək Gününə həsr olunan elmi-praktik konfrans keçirilib
# 12 mart 2015 14:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında X Ümumdünya Böyrək gününə həsr olunan elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev bildirib ki, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı hər il artır. Onun sözlərinə görə, hər il dializ xəstələrinin sayında orta hesabla 20-25 faiz artım qeydə alınır. O qeyd edib ki, bunu nəzərə alan Azərbaycan hökuməti tərəfindən ölkədə belə xəstələrin müalicəsi üçün dializ mərkəzləri yaradılır: “Bunlar çox ciddi xəstələrdir, onların öz hesablarına uzun müddət dializə dayanması çətin məsələdir. Azərbaycan Tibb Universitetində də bu məsələyə ciddi diqqət yetirilir”.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev “Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2014-cü il registri” mövzusunda məruzə ilə çıxış edib. Ölkədə xəstəliyin müalicəsi il bağlı müəyyən məsələlərdən danışan F.Babayevin sözlərinə görə, bu xəstəliyin həllinə 2006-cı ildən etibarən başlanılıb və bu vaxta kimi müəyyən nəticələr əldə olunub: “2010-cu ildən başlayaraq Azərbaycan böyrək köçürmə əməliyyatları yenidən bərpa olunub. Bu günə qədər canlı donordan 197 böyrək transplantasiyası əməliyyatı aparılıb. 2014-cü ildə isə 68 belə əməliyyat keçirilib. Bu gün respublikada 561 böyrək köçürülən xəstə dispanser qeydiyyatdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR