Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib - FOTO

Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib - <span style="color: red;">FOTO
# 26 fevral 2015 12:47 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

S. Lambrinidis Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinin və Bakının Fransada törədilmiş terror hadisələrinə münasibətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR