Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” kitabının təqdimatı olub

Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” kitabının təqdimatı olub
# 06 noyabr 2015 11:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvan bayraqları” kitabının təqdimatı olub. APA-nın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, yeni çap olunmuş kitab Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. N. Vəlixanlının sözlərinə görə, “Azərbaycan dövlət rəmzləri” kitabı “Azərbaycan bayraqları” kataloqunda muzeydə qorunan və dövlətçilik ənənələrinin qədimliyi və zənginliyini nümayiş etdirən tarixi materiallar ilk dəfə olaraq əks olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Naxçıvan xanlığının dövlətçilik rəmzlərinin öyrənilməsi və təbliğatı istiqamətində son illərdə vacib işlər görülüb. Müəllifin üzrə çıxardığı bayraqlar Sankt-Peterburq şəhərində, Dövlət Ermitajında saxlanılır. Bayraqların tapılmasını Azərbaycan tarixşünaslığının qələbəsi kimi dəyərləndirən İ. Həbibbəyli tədqiqatların gələcək də davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, nəşrdə XVIII – XIX əsrin əvvəllərində mövcud olan Naxçıvan xanlığına məxsus dövlət və döyüş bayraqları haqqında məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR