Azərbaycan idmançısı Seulda qızıl medal qazanıb

Azərbaycan idmançısı Seulda qızıl medal qazanıb
# 13 may 2015 14:49 (UTC +04:00)

Bakı – APA. Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, "Neftçi İdman Klubunun üzvləri yarışda daha 2 qızıl və 1 gümüş medal qazanıb.

Belə ki, 400 m məsafəyə qaçış yarışlarında Elmir Cəbrayılov finiş xəttinə birinci çatıb. 100 m məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında idmançılarımız Dmitri Saley qızıl, Ruslan Saley isə gümüş medala sahib olub.

Bununla, Azərbaycan idmançılarının Cənubi Koreyada qazandıqları mükafatların sayı 9-a çatıb (4 qızıl, 3 gümüş və 2 bürünc medal).

Qeyd edək ki, medalların hamısı "Neftçi İdman Klubunun aktivindədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR