ABŞ polisi İŞİD-ə qoşulmaq istəyən 2 nəfəri saxlayıb

ABŞ polisi İŞİD-ə qoşulmaq istəyən 2 nəfəri saxlayıb
# 23 may 2015 01:02 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi İŞİD terror təşkilatına qoşulmağa cəhd edən 2 gənci saxlayıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, saxlanılanlar Kaliforniya ştatının sakinləridir, hər ikisinin 24 yaşı var.

Qeyd olunur ki, onlar İŞİD-ə qoşulmaq niyyətlərini sosial şəbəkələr vasitəsilə bəyan ediblər. Saxlanılan şəxslərə 15-ilədək həbs cəzası verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR