Ötən ay üzrə Brent neftinin orta qiyməti açıqlanıb

Ötən ay üzrə Brent neftinin orta qiyməti açıqlanıb
# 02 noyabr 2015 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR oktyabr ayında dünya bazarında satışını həyata keçirdiyi xam neftin qiymətlərini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,56 dollara, Urals nefti - 47,49 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 50,06 dollara satılıb.

Xatırladaq ki, 2014-cü ilin oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 87,41 dollara, Urals nefti - 86,63 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 89,51 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR