Bakı. Fərid Mirzəyev – APA. Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.