Yasamal rayonunda “Beynəlxalq Ailə Günü” qeyd olunub

Yasamal rayonunda “Beynəlxalq Ailə Günü” qeyd olunub
# 16 may 2015 13:20 (UTC +04:00)

Bakı – APA. Yasamal rayonunda “Beynəlxalq Ailə Günü” qeyd olunub.

Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, mayın 15-i bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir: “Bu bayram ölkəmizdə də hər il qeyd olunur. Bu gün Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir”.

Daha sonra tədbirdə çıxış edən Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov “Gənc ailələrin cəmiyyətdə rolu”, 5 saylı uşaq poliklinikasının baş həkimi Ədilə seyidova “Nikahdan öncə tibbi müayinədən keçməyin üstün cəhətləri”, 3 saylı şəhər poliklinikasının psixoloq həkimi Fəxriyyə Məmmədova “Erkən nikahın mənfi cəhətləri” mövzularında ətraflı məruzə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR