Gəncədə yol iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə yol iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 may 2015 10:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Nizami və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. “QAZel” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər, 1961-ci il təvəllüdlü Teyyub Quliyev və 1985-ci il təvəllüdlü Əqidəm Məmmədov xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR