SOCAR dizel və təyyarə yanacağı ixracını kəskin artırıb

SOCAR dizel və təyyarə yanacağı ixracını kəskin artırıb
# 04 may 2015 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin aprel ayında neft məhsullarının ixrac həcmini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay 102 531 ton dizel yanacağı ixrac edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 14,35 dəfə çoxdur.

Ötən ay 23 834 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 45,5 dəfə artım deməkdir.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində 54,8% çox və ya 387 141 ton dizel yanacağı, 2,47 dəfə və ya 87 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

Bu ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti 326,50 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR