Dağ Yəhudiləri Sinaqoqunda "Tövrat"ın təqdim olunması mərasimi keçirilib - FOTO

Dağ Yəhudiləri Sinaqoqunda "Tövrat"ın təqdim olunması mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 02 noyabr 2015 11:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində Los-Ancelesdəki Sinay Məbədinin nümayəndə heyətinin iştirakı ilə Dağ Yəhudiləri Sinaqoqunda "Tövrat"ın təqdim olunma mərasimi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə bağışlanıb.

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe mərasim iştirakçılarını salamlayaraq vurğulayıb ki, Azərbaycan çoxəsrlik multikultural dəyəri, tolerant mühiti ilə bütün dünya ölkələrinə örnək ola bilər.

Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bu günkü tarixin yaddaşlarda həmişə yaşayacağını diqqətə çatdırıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təqdimat mərasimini xalqları, mədəniyyətləri birləşdirən dəyər kimi xarakterizə edib.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda yəhudilərin neçə yüz illərdir dinc, qardaşcasına yaşadığını dilə gətirib. Professor Səməd Seyidov bildirib ki, təqdim olunan "Tövrat" həm də xalqları, icmaları birləşdirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan dövlətinin ünvanına bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin bir arada sülh, qardaşlıq şəraitində yaşaması ilə bağlı dedikləri xoş sözlərə görə qonaqlara təşəkkür edib.

Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR