Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir
# 13 iyul 2016 07:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR