“DəmirBank” Lənkəranda “Açıq qapı” günü keçirib

“DəmirBank” Lənkəranda “Açıq qapı” günü keçirib
# 28 avqust 2014 08:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank”ın Lənkəran filialında bankın 25 illik yubileyi ilə əlaqədar “Açıq qapılar” tədbiri keçirilib.


APA-Economics”in məlumatına görə, tədbirdə müştərilər bankın müxtəlif xidmət və sərfəli məhsullarından aktiv şəkildə istifadə etməyə dəvət olunub. Tədbir zamanı qonaqlar və filial müştərilərinə qiymətli hədiyyələr təqdim edilib.


Bankın nümayəndələri çıxış edərək “DəmirBank”ın 25 illik fəaliyyəti, tarixi uğurları və üstünlükləri, eləcə də Lənkəran filialının göstərdiyi xidmətlər, xüsusilə də “Güzəştli kredit” və müştərilərə pulsuz təqdim olunan “DəmirTaksit” məhsulları barədə iştirakçılara geniş məlumat veriblər.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” agentliyinin “stabil” proqnozlu “B” və “Planet Rating” agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR