ATƏT sədri Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib - FOTO

ATƏT sədri Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib - <span style="color: red;">FOTO
# 29 mart 2013 10:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Rusiya Ukraynanın ATƏT-ə sədrliyinin ilk üç ay üçün fəaliyyətini müsbət qiymətləndirir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya ilə Ukraynanın prioritetləri üst-üstə düşür: “Bu gün biz görüşdə Dnestryanı münaqişənin nizamlanmasını müzakirə etdik. Rusiya və Ukrayna bu münaqişənin tənzimlənməsinin qarantıdır. Eyni zamanda ATƏT-in həlli ilə məşğul olduğu digər münaqişələrin, Dağlıq Qarabağ və Kosovo münaqişələrinin tənzimlənməsi məsələləri də müzakirə mövzusu oldu. Biz Ukraynanın ATƏT-ə sədrlik edən ölkə kimi bu münaqişələrin həlli istiqamətində fəaliyyətini dəstəkləyirik”.

Leonid Kojara isə çıxışında ATƏT-ə sədrlik edən Ukraynanın fəaliyyətinə dəstək verdiyinə görə Rusiyaya təşəkkürünü bildirib: “Rusiya dondurulmuş münaqişələrin həllində vasitəçi ölkələrdən biridir. Ukrayna ATƏT-ə sədrlik edən ölkə kimi münaqişələrin nizamlanması istiqamətində böyük səylər göstərir. Rusiya da Ukraynaya bu fəaliyyətində dəstək verir. Dnestryanı münaqişəsinin nizamlanmasında verdiyi dəstəyə görə də Rusiya dövlətinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna XİN başçıları arasında görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər ATƏT-in hərbi-siyasi, iqtisadi-ekoloji və insan ölçüsü fəaliyyətlərinin aktual məsələlərini, münaqişələrin nizamlanması problemlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR