Türkiyəli jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTO - VİDEO

Türkiyəli jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 dekabr 2014 14:02 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ölkəmizdə səfərdə olan türkiyəli jurnalistlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verilib.

GAP Qazeteçiler Birliyi”nin rəhbəri Zeynal Abidin Kıymaz ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün hər iki dövlətin jurnalistlərinin birgə fəaliyyətinin vacibliyini önə çəkib.

Türkiyəli jurnalistlər ölkələrinə qayıtdıqdan sonra burada gördükləri barədə öz oxucularına geniş məlumat verəcəklərini bildiriblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, əsas məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinə daha geniş məlumat çatdırmaqdır.

Qeyd edək ki, türkiyəli jurnalistlər Azərbaycana Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti əsasında gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR