Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - VİDEO

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - <span style="color: red;">VİDEO
# 06 mart 2015 09:49 (UTC +04:00)

Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR