"Baghlan Group"un müflisləşməsi prosesi gedir

"Baghlan Group"un müflisləşməsi prosesi gedir
# 03 iyul 2015 10:59 (UTC +04:00)

Bakı - APA-Economics. İyulun 13-də Britaniya Vircin adalarının Kommersiya məhkəməsində "BNP Paribas Trust Corporation UK Limited" şirkətinin "Baghlan Group Limited"ə qarşı məhkəmə iddiasının açıq baxışına başlanılacaq.

"APA-Economics" xəbər verir ki, cavabdehin təsisçisi Azərbaycanlı iş adamı Hafiz Məmmədovdur.

İddiaçı qismində isə "Walkers" şirkəti iştirak edir.

Qeyd olunur ki, "Baghlan Group Limited" şirkətinin ləğvedicisinin təyin edilməsi barədə vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub.

"Baghlan Group Limited" "Bahar" və "Qum dəniz" yataqlarının işlənməsi ilə məşğul olan "Bahar Energy Ltd."-nin səhm paketinə sahib olub. Amma 2014-cü ildə "Baghlan Group Limited" maliyyə problemi üzündən bu paydan məhrum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR