Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib
# 03 mart 2015 08:11 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR