Macarıstanda türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb - FOTO

Macarıstanda türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb - <span style="color: red;">FOTO
# 14 avqust 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Macarıstanın Kişqunşaq Milli Parkında Macar–Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, beşinci dəfə keçilən qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub.

Səfirlikdən bildiriblər ki, Azərbaycanı tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər, elm və mədəniyyət xadimləri təmsil ediblər.

Tədbirdə Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak, Macar-Turan Fondunun sədri Andraş Biro və Macarıstanın əsas siyasi partiyalarından olan Daha Yaxşı Macarıstan Uğrunda - Yobbik partiyasının sədri Q. Vona çıxış edərək türk-macar münasibətləri, macarların qədim soy-kökləri haqqında danışıblar.

Qurultayın son günündə qədim türk dünyası mərasimlərinin nümayişi həyata keçirilib. Həmin gün Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR