Bakıda Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş konfrans keçirilir - FOTOSESSİYA

Bakıda Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 28 aprel 2015 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Əməyin mühafizəsində önləyici tədbirlərin mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və s. iştirak edirlər.

Konfransda əməyin mühafizəsi ilə bağlı mövcud problemlər, həlli yolları və bu sahədə görülən işlər müzakirə olunub.

Qeyd edək ki, konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edə ki, 28 Aprel - Ümumdünya əməyin mühafizəsi günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR