Ötən il Azərbaycanın nəqliyyat sektoruna 3,6 mlrd. manat sərmayə yatırılıb

Ötən il Azərbaycanın nəqliyyat sektoruna 3,6 mlrd. manat sərmayə yatırılıb
# 09 iyul 2014 08:15 (UTC +04:00)

APA-Economicsin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi “Azərbaycanın nəqliyyatı” statistik məcmuəsində deyilir.

Ümumilikdə, ötən il nəqliyyat sahəsinə kapital qoyuluşunun xüsusi çəkisi, Azərbaycan iqtisadiyyatına yatırılan bütün kapital sərmayələrin 19,9%-ni təşkil edib.

Nəşrdə qeyd olunur ki, 2013-cü ildə nəqliyyat təşkilatlarının gəlirləri 3 mlrd. 508,772 mln. manat olub. Belə ki, ötən il nəqletmədən əsas gəlirlər boru kəmərlərinin istismarından əldə edilib – 1 mlrd. 448,865 mln. manat.

Hesabat dövründə nəqliyyat sahəsinin xalis mənfəəti 1 mlrd. 783 mln. manat olub.

Qeyd edək ki, hava nəqliyyatından əldə edilən gəlirlər 2013-cü ildə 779,843 mln. manat təşkil edib.

Bundan başqa, dəmir yolu sahəsində 223,315 mln. manat, avtomobil sahəsindən götürülən gəlir 916,044 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR