Gürcüstan hökuməti Ermənistan parlamentinin sədrinin Cənubi Osetiyanın “parlament sədri” ilə görüşməsinə kəskin etirazını bildirib

Gürcüstan hökuməti Ermənistan parlamentinin sədrinin Cənubi Osetiyanın “parlament sədri” ilə görüşməsinə kəskin etirazını bildirib
# 05 may 2015 08:19 (UTC +04:00)

APA-nın Gürcüstan XİN-ә istinadәn verdiyi mәlumata görә, sәfir xarici işlәr nazirinin müavini Gigi Giqiadze ilә görüşüb. Görüş zamanı Gürcüstan tərəfi Ermәnistan parlamentinin sәdri Qalust Saakyanın Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlament sədri” Anatoli Bibilovla görüşməsi faktından ciddi narahatlığını ifadə edib. Belə ki, Q. Saakyan və A. Bibilov Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağda görüş keçiriblər və “ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri” müzakirə ediblər. G. Giqiadze bildirib ki, bu fakt Gürcüstanla Ermənistan arasında ənənəvi dostluğa və ikitərəfli münasibətlərə ziyan vurur. Nazir müavini görüşün qeyri-formal xarakter daşıdığı barədə yayılan xəbərdən də təəccübləndiyini söyləyərək qeyd edib ki, gürcü tərəfi üçün dost ölkənin işğalçı rejimin nümayəndələri ilə istənilən xarakterli kommunikasiyası tamamilə qəbuledilməzdir.

Ermənistan səfiri baş verənlərdən təəssüflənərək Gürcüstan tərəfinin mövqeyini ləngimədən Ermənistan rəhbərliyinə çatdıracağını vurğulayıb.

Hadisə ilə əlaqədar Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı da olub. O. Abramyan A. Bibilovun qeyri-iş günü Dağlıq Qarabağa şəxsi səfər etdiyini və Q. Saakyanla şəxsi görüş keçirdiyini iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR