Bank Of Baku

Cənubi Koreyada içərisində adamlar olan hava şarı yerə çırpılıb

Cənubi Koreyada içərisində adamlar olan hava şarı yerə çırpılıb
# 13 aprel 2018 13:42 (UTC +04:00)

Cənubi Koreyada adamların olduğu hava şarı qəzaya uğrayıb.

 

APA-nın "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cənubi Koreyanın Çedjudo adasında baş verib.

 

Şahidlərin sözlərinə görə, içərisində 12 sərnişin və bir sürücünün olduğu hava şarı yerə enən zaman küləyə məruz qalıb və ağaca, daha sonra yerə çırpılıb.   

 

Hadisə nəticəsində şarı idarə edən 45 yaşlı kişi ürək tutmasından ölüb.

 

Sərnişinlər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR