ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin daha geniş miqyas alması ehtimalının əvvəlki illərlə müqayisədə artdığını bildirib.
APA xəbər verir ki, Rubio bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Onun sözlərinə görə, hazırkı şəraitdə münaqişənin dayandırılması istiqamətində səylərin artırılması vacibdir.
“Çünki eskalasiya riski indi iki il əvvəl olduğundan daha yüksəkdir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.