Bank Of Baku

Cəlilabadda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB

Cəlilabadda baş verən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB
# 03 iyun 2026 22:28 (UTC +04:00)

Cəlilabad rayonunda qadının qətlə yetirilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

APA-nın cənub bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü A.Ə. dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.

Məlumata əsasən, A.nın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib.

Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub.

Bildirilib ki, hadisə Səidə Cəfərovanın iki azyaşlı övladını uşaq bağçasına aparmaq üçün evdən çıxdıqdan sonra baş verib.

Qətli törətməkdə şübhəli bilinən yeniyetmə hadisədən sonra ərazidən uzaqlaşıb.

Həyata keçirilən tədbirlər nəticəsində şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***
18:34

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldübildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR