"Azneft" İB Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib

"Azneft" İB Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verib
# 01 iyul 2016 06:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində "Azneft" İstehsalat Birliyinin Suraxanı rayon İcra Hakimiyyətinə qarşı şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib. İşə yenidən birinci instansiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, İB icra hakimiyyəti tərəfindən Nəsimi Quliyev adlı şəxsin adına verilən sərəncamın ləğv edilməsi barədə iddia ilə 2 saylı Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin etməyib. Bundan sonra İB apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR