Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib

Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib
# 03 noyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, yeni musiqiliteatr.az saytının istifadəyə verilməsinə qədər www.statemusicaltheatre.az saytı fəaliyyət göstərib.

Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyi olub.

musiqiliteatr.az saytını ziyarət edənlər Azərbaycan Dövlət Musiqili Teatrının tarixi, yaradıcı heyəti, repertuarı və digər sahələr haqqında məlumat əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR