Türkiyənin məşhur sənətçisi Erol Büyükburç vəfat edib

Türkiyənin məşhur sənətçisi Erol Büyükburç vəfat edib
# 12 mart 2015 14:15 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bu gün E. Büyükburç uzun müddət telefon zənglərinə cavab verməyib. Yaxınları onun İstanbulun Etilər məhəlləsindəki evinə gediblər və mənzildə sənətçinin meyitini aşkarlayıblar. Onun ürəyinə bir müddət əvvəl 3 stend qoyulubmuş. Polis faktla bağlı araşdırma aparır.

E. Büyükburç 1936-cı ildə Adanada dünyaya gəlib. İlk albomunu 1975-ci ildə buraxıb. 1970-80-ci illərdə İstanbulda müxtəlif kazinolarda səhnəyə çıxıb. Sənətçi Türkiyə pop musiqisinə gətirdiyi yeniliklərlə tanınıb. Yaradıcılığı boyunca 1800 mahnı bəstələyib, 200-ə yaxın mükafat alıb, 33 filmə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR