Cənub bölgəsinin ən yaşlı seçicisinin 113 yaşı var - FOTO

Cənub bölgəsinin ən yaşlı seçicisinin 113 yaşı var - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 10:06 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cənub bölgəsində Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı seçicinin 113 yaşı var.

APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1902-ci il təvəllüdlü Xavər Məmmədova Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 11 saylı seçki məntəqəsində ən layiqli namizədə səs verdiyini bildirib.

Qeyd edək ki, ən yaşlı seçicinin qatıldığı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verəcək. Burada 634 nəfər səsvermədə ilk dəfə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR