Suriyanın Hərbi-Hava Qüvvələri Livana zərbələr endirib

Suriyanın Hərbi-Hava Qüvvələri Livana zərbələr endirib
# 12 aprel 2013 03:11 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hərbi-Hava Qüvvələri Livanın şimal ərazilərinə yenidən zərbələr endirib, nəticədə 5 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, LBCI telekanalının məlumatına əsasən, zərbələr Suriya ilə sərhədin yaxınlığındakı Arsal şəhərinə endirilib. Bu şəhərin əhalisinin əksəriyyəti silahlı müxalifəti dəstəkləyir.

Suriya aviasiyasının Livan ərazisinə zərbələr endirilməsi barədə ilk xəbərlər martın 20-də yayılıb. Suriya XİN o zaman bu xəbərlərin əsassız olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR