İran prezidenti Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb - VİDEO

İran prezidenti Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 23:50 (UTC +04:00)

Bakı-APA. Iranın prezidenti Həsən Ruhani Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə İran lideri BMT-nin Baş Assambleyasındakı çixışı zamanı bildirib.

Onun sözlərinə görə, yüzlərlə insanın ölümünə səbəb səriştəsizlik və bərbad təşkilatçılıq olub.

“Səriştəsizlik və adi idarəetmənin yoxluğu Səudiyyə Ərəbistanında yüzlərlə insanın ölümünə səbəb olub”, deyə H.Ruhani vurğulayıb.

Onun sözlərinə görə, indiyədək cəsədlərin hamısını tanımaq mümkün olmayıb. Yüzlərlə insan itkin düşmüş hesab edilir. Qeyd edək ki, Məkkədə izdiham zamanı 769 zəvvar ölüb, onlardan 169-u İran vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR