Yağış nəticəsində Xətai rayonunda yaşayış evlərinin həyətyanı sahəsinə su dolub

Yağış nəticəsində Xətai rayonunda yaşayış evlərinin həyətyanı sahəsinə su dolub
# 23 noyabr 2014 09:12 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, noyabrın 23-də yağan yağışlar nəticəsində Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR