Azərbaycan nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edib

Azərbaycan nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edib
# 28 aprel 2015 10:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 33 yaşlı Alusula Adilxan Adicokon kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR