Bakıda 47 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib

Bakıda 47 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib
# 01 avqust 2014 08:17 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Gəncə prospekti ev 36, mənzil 10-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Gülnarə Rəşid qızı Məmmədova yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR