Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunacaq

Nəbi Xəzrinin 90 illik yubileyi qeyd olunacaq
# 09 dekabr 2014 10:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dekabrın 10-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şair Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Nəbi Xəzrinin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Yubiley mərasimində N. Xəzrinin sözlərinə bəstələnən mahnılar ifa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR