Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalıb

Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalıb
# 03 iyun 2015 09:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin mayın 1-ə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 717,2 mln. manat təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. Ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 1 147,3 mln. manat və ya 17,46% çoxdur. Amma aprel ayı üzrə əhalinin əmanətlərinin həcmi mart ayı üzrə göstəricidən 64,4 mln. manat və ya 0,83% azdır. Qeyd edək ki, martda əhalinin əmanətlərinin həcmi 7 mlrd. 781,6 mln. manat olub.

Mart ayı ilə müqayisədə apreldə əhalinin əmanətlərinin həcmində azalma olsa da, ilin əvvəli ilə müqayisədə artım müşahidə olunur. Belə ki, yanvar ayı ilə müqayisədə apreldə əmanətlərin həcmi 595,9 mln. manat və ya 8,37% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR