Bank Of Baku

Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"

Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"
# 23 may 2018 16:14 (UTC +04:00)

“Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir”.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

 

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını saxlamaq çox vacibdir: “Çünki sülh yolu ilə nizamlanmanı danışıqlar yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək barədə tapşırığın əsasında bu dayanır. Biz razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, bütün bu prosesi bərpa etmək imkanımız olacaq".

 

Z. Mnatsakanyan həmsədrlərlə telefon danışığı apardığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR