Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edəcək
# 03 noyabr 2015 07:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalanda vətəndaşları qəbul edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və telefon məlumat sistemi vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR