Bank Of Baku

Zelenski: Belçika Ukraynaya ilin sonunadək üç F-16 qırıcısı verəcək

Zelenski: Belçika Ukraynaya ilin sonunadək üç F-16 qırıcısı verəcək
# 29 sentyabr 2026 18:20 (UTC +04:00)

Belçika ilə ilin sonunadək Ukraynaya üç F-16 qırıcı təyyarəsinin verilməsi barədə razılıq əldə edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" səhifəsində paylaşım edib.

“Belçika ilə ilin sonunadək bizə üç F-16 qırıcısının verilməsi barədə mühüm razılaşma var. Bu təyyarələri sürətləndirilmiş prosedurla alacağıq”, – o qeyd edib.

Zelenski bildirib ki, Ukrayna artıq Belçika və digər ölkələrdən, o cümlədən İspaniyadan F-16 qırıcıları üçün təcili sursat alıb.

Qeyd edək ki, Ukrayna Prezidentinin sentyabrın 1-də açıqladığı məlumata görə, Belçika bu il Ukraynaya ümumilikdə 3-ü döyüş istifadəsi, 4-ü isə ehtiyat hissələri üçün olmaqla, yeddi F-16 təyyarəsi verməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR