Paşha Bank
Bank Of Baku

Zelenski Rusiyadakı neft emalı zavodlarına zərbələr endirildiyini təsdiqləyib

Zelenski Rusiyadakı neft emalı zavodlarına zərbələr endirildiyini təsdiqləyib
# 09 oktyabr 2026 16:10 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada yerləşən neft emalı zavodlarına və məlumat mərkəzinə endirilən zərbələr barədə açıqlama verib.

APA xəbər verir ki, “Telegram” kanalında bu barədə paylaşım edən Zelenskinin sözlərinə görə, Rusiyanın məlumat mərkəzlərinə hücumlarına cavab olaraq Ukrayna da qarşı tərəfin analoji obyektlərini hədəfə alıb.

“Biz həmişə eyni şəkildə cavab veririk. Hamınız bilirsiniz ki, onlar bizim məlumat mərkəzlərimizə zərbələr endiriblər və bunu davam etdirirlər. Buna görə də biz də cavab verdik”, – Zelenski bildirib.

O qeyd edib ki, Uxta şəhərindəki neft emalı zavoduna Ukrayna dövlət sərhədindən təxminən 1 900 kilometr məsafədə zərbə endirilib. Zelenskinin sözlərinə görə, bu hücumda təxminən 2 500 kilometr məsafə qət edə bilən “An-196 RS” dronlarından istifadə olunub.

Ukrayna Prezidenti bildirib ki, bir gün əvvəl Omsk neft emalı zavoduna hücum zamanı isə FP-1 dronlarının modifikasiya edilmiş FP-6 versiyasından istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR